Yeni dəhşətli virus dünyaya yayıla bilər - Ebola

14:24 | 05.08.2014
Yeni dəhşətli virus dünyaya yayıla bilər - Ebola

Yeni dəhşətli virus dünyaya yayıla bilər - Ebola

ünya Bankı Ebola qızdırmasına qarşı 200 min dollar ayıracağını bəyan edib. Maliyyəni virusdan daha çox əziyyət çəkən Qvineya, Liberiya və Syerra-Leone kimi ölkələr əldə edəcək. Bu ölkələr maliyyə vəsaiti ilə səhiyyə sistemini modernləşdirməlidirlər. 

ANN.Az-ın "Euronews"a istinadən xəbərinə görə, Ebola qızdırmasına sonuncu dəfə Nigeriyada rast gəlinib. Rəsmilər ölkəyə virusun Liberiyadan gələn sərnişin vasitəsilə gəldiyini hesab edirlər. Baz ertəsi günü Syerra-Leonenin paytaxtı Fritaunanın küçələri heç vaxt omadığı kimi boş olub. Sakinlər ölümcül virusa yoluxmaqdan qorxurlar. Belə hadisələr son 200 ildir ki, ölkədə baş verir. Hökumət yerli məşhur şəxsləri cəlb edərək, sakinlər arasında maarifləndirmə işləri aparır. 

Nyu-York xəstəxanalarından birinə Ebola virusuna yoluxduğu güman edilən xəstə müraciət edib. Onun yüksək hərarəti və həzm problemləri var. Onun bir müddət qərbi Afrika ölkələrindən birində olduğu məlumdur. 

Bir gün əvvəl isə Syerra-Leonedən Londona gələn bir qadın elə sərhəd nəzarəti məntəqəsində vəfat etmişdi. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb