Yeni iPhone 7-ni neçəyə almaq olar? - FOTO+VİDEO

23:38 | 07.09.2016
Yeni iPhone 7-ni neçəyə almaq olar? - FOTO+VİDEO

Yeni iPhone 7-ni neçəyə almaq olar? - FOTO+VİDEO

"Apple” şirkəti Kaliforniyadakı qərargahında yeni "iPhone 7” və "iPhone 7 Plus” smartfonlarının təqdimatını keçirib.

ANN.Az Technote.az-a istinadən xəbər verir ki, yeni smartfonlar iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan "Apple” logosu diqqətləri cəlb edir. 

"Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. "iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.
 
"iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. 

"iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir. 


"Apple” şirkəti iPhone 7 və iPhone 7 Plus smartfonlarının qiymətini və satışa çıxarılacağı vaxtı da açıqlayıb.

32 Gb iPhone 7 smartfonunun qiyməti 649 dollar, iPhone 7 Plus-un qiyməti isə 749 dollar təşkil edəcək.

Smartfonlar 32 GB, 128 GB və 256 GB daxili yaddaş ilə satışa çıxarılacaq.

Yeni gadcetləri artıq sentyabırn 9-dan etibarən sifariş vermək olar. 

"İlk dalğa” ölkələrində smartfon sentyabrın 16-da, "ikinci dalğa” ölkələrində isə sentyabrın 23-də smartfonların satışına start veriləcək.





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb