Yeni körpü tikilir - Azərbaycanda

14:53 | 29.10.2016
Yeni körpü tikilir - Azərbaycanda

Yeni körpü tikilir - Azərbaycanda

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrində mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.

Bu barədə Modern.az-a tikinti işlərini həyata keçirən "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir.
Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.
Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq və ümumilikdə 11 yaşayış məntəqəsinin 25,6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 kilometrdən artıq yol qət etməli olurdular.

Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM