Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir

22:30 | 16.01.2019
Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir

Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir

Ebola qızdırmasının törədicisi olan virusun hazırda beş ştammı məlumdur. Bu ştammların müalicəsi üçün vaksinlərin bir neçə növü işlənib hazırlanıb.

Anews.az AZƏRTAC-a istinadən bildirir ki, Texas Universitetinin tədqiqatçıları universal МВР134 virusunu yaradıblar. İki anticismin kokteyli olan bu vaksin ölümsaçan infeksiyanın bütün formalarının müalicəsində səmərəlidir.

Vaksin insanabənzər primatlar və safsarlar üzərində uğurla sınaqdan keçirilib. Onlara çəkilərinin hər bir kiloqramı üçün 25 milliqram hesabı ilə bir inyeksiya yeridilib. Ebolanın Bundibuqe, Sudan, habelə 2013-2016-cı illərdə Qərbi Afrikada tüğyan etmiş və hələ də Konqo Respublikasında davam edən epidemiyanı doğuran ölümcül Zair ştammları tədqiqatların obyekti olub.

Alimlər ümid bəsləyirlər ki, onların əldə etdikləri МВР134 vaksini bütün sınaqlardan keçəndən və istehsalata buraxılandan sonra bu təhlükəli xəstəliyin mümkün yeni ştammlarının müalicəsində də eyni dərəcədə səmərəli olacaq. Ebolanın aid olduğu filoviruslara qarşı mübarizəyə yönəldilən hər bir səy, xüsusilə bu fəsilənin əvvəllər barəsində heç bir məlumat olmayan virusunun bu yaxınlarda kəşfi öz bəhrəsini verəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb