Yerevanda silahlıların lideri və oğlu yaralanıb

11:26 | 27.07.2016
Yerevanda silahlıların lideri və oğlu yaralanıb

Yerevanda silahlıların lideri və oğlu yaralanıb

Yerevanda polis idarəsini tutmuş silahlı dəstənin lideri Pavel Manukian və oğlu ötən gecə polislə atışmada yaralanıb. Ermənistan polisinin sözçüsü Ashot Aharonian bunu iyulun 27-də təsdiqləyib. Onun sözlərinə görə, qrupun daha iki üzvü – Gagik Yeghiazarian və Aram Hakobian təslim olub.

"Atışma olub, bir polis əməkdaşı yaralanıb. Eləcə də Pavel Manukian və oğlu Aram yaralanıb. Hər üçü xəstəxanaya aparılıb. Hazırda atışma dayanıb və silahlıların təslimolma prosesinin bitirilməsindən ötrü danışıqlar aparılır”, Aharonian "Facebook” hesabında yazıb.

"Sasna Tsrer” qruplaşması da "Facebook” hesabında informasiya yayaraq polisin məlumatını qismən təsdiqləyib. Məlumatda bildirilir ki, polis əməkdaşları binaya girib, Pavel Manukian, Aram Manukian, Gevorg Iritsian və qrupun digər üzvlərini yaralayıblar.

"Polis Pavel və Aram Manukian-ı, Gagik Yeghiazarian-ı və qrupun daha bir üzvünü oğurlayıb”, "Sasna Tsrer” bildirir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM