Yıldırım polis üçün telefonla elçilik etdi - VİDEO

12:30 | 13.09.2016
Yıldırım polis üçün telefonla elçilik etdi - VİDEO

Yıldırım polis üçün telefonla elçilik etdi - VİDEO

Nazir hər kəsi təəccübləndirdi

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım maraqlı addım atıb. O, polislərdən biri üçün telefonlar qız istəyib.

Belə ki, bayram namazını Üsküdar Mərmərə Universitetinin İlahiyyət Fakültəsi Məscidində qıldıqdan sonra Yıldırım Üsküdar Çevik Polis Alayında polislərlə nahar edib.

Naharda polislərdən biri baş nazirdən xahiş edib ki, sevdiyi qızı onun üçün ailəsindən istəsin. Baş nazir isə dərhal telefonla "FaceTime" vasitəsilə qızın ailəsinə zəng edərək qızı oğlan üçün istəyib və razılıq alıb. Bundan sonra polisin anasına zəng edən nazir qızı oğullarına istədiyini və bununla da elçilik işinin baş tutduğunu dilə gətirib.

Xatırladaq ki, Binəli Yıldırım 1955-ci il dekabrın 20-də Ərzincanda anadan olub. Istanbul Texniki Universitetinin gəmi inşaatı və dəniz elmləri fakültəsini bitirib. Evlidir, 2-si oğlan, 1-i qız olmaqla 3 övladı var. Həyat yoldaşı Semiha Yıldırım Ərzincanda doğulub, hazırda təqaüddə olan müəllimədir.

Sözügedən kadrları təqdim edirik:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM