Yığmamızın kapitanı "ən yaxşı" seçildi

11:20 | 05.12.2016
Yığmamızın kapitanı

Yığmamızın kapitanı "ən yaxşı" seçildi

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları baş tutub.
 
Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu "Firenze” "Yamamay”ın qonağı olub.
 
Bosto Arsizoda baş tutan qarşılaşma təmsilçimizin komandası üçün uğurlu alınıb. "Firenze” 3:0 (25:19, 25:22, 25:11) hesabı ilə qələbəyə sevinib. Yığmamızın kapitanı isə matçın ən dəyərli oyunçusu seçilib. Bayramova görüşdə bombardirliyə də şərik olub. O, 2012/2013 mövsümündə "Azəryol”da ("Azərreyl”), indi isə İtaliya klubunda komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.
 
Bu qələbə "Firenze”nin hesabındakı xalların sayını 11-ə çatdırıb. Komanda isə 7-ci yerə yüksəlib.
 
Qeyd edək ki, "Firenze” A seriyanın növbəti turunda "Modena” ilə qarşılaşacaq. //Apasport.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM