Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxış şöbələri də fəaliyyət göstərəcək.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 9-dan 16-na qədər - bayram günləri ilə əlaqədar daxili işlər orqanları, o cümlədən Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq: "Bayram günlərində həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək.
N. Piriyev deyib ki, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !