Yunanıstanda ilk dəfə qadın prezident seçildi

20:00 | 22.01.2020
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

Yunanıstanda ilk dəfə qadın prezident seçildi

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.


"Qafqazinfo”nun "RİA novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında keçirilən səsvermə zamanı 300 deputatdan 200-ü onun lehinə səs verib. Bununla da tarixdə ilk dəfə yunan dövlətinə qadın rəhbərlik edəcək. 


Qeyd edək ki, Konstitusiyaya görə, Yunanıstan prezidenti baş nazirin təklifi ilə parlament tərəfindən 5 illik müddətə seçilir. Fraksiyalar da öz namizədlərini təklif edə bilərlər. Qaydalarda prezidentliyə namizədin müzakirəsi nəzərdə tutulmur.


İndiki Prezident Prokopis Pavlopoulosun səlahiyyət müddəti martın 13-də başa çatır.


Yunanıstan Prezidentinin səlahiyyətləri əsasən nümayəndəlik funksiyaları ilə məhdudlaşır. Əsas güc baş nazirə məxsusdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb