• $
  • £

“Yuventus” İstanbulda Mübariz Mənsimovun otelində qalıb

“Yuventus” İstanbulda Mübariz Mənsimovun otelində qalıb
12.12.2013 15:44
 İtaliyanın “Yuventus” klubu Türkiyə “Qalatasaray”ına qarşı Çempionlar Liqasının oyunu üçün etdiyi səfər müddətində İstanbuldakı otellərə təqribən 45 min avro qazandırıb.Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, dekabrın 10-da keçirilməli olan oyuna “Yuventus” 2 gün öncədən gəlib.Turinlilər azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Edition” otelində qalıblar. Onlar otelə 3 gün üçün 35 min avro ödəyiblər. Matç günü stadiona gedən klub oyundan sonra birbaşa İtaliyaya uçmaq istəyib. Lakin matç dekabrın 11-ə təxirə salındığından, “ağ-qaralar” gecələmək üçün yeni otel axtarışına çıxıblar. “Edition”da yer olmadığından, “Qoca Sinyora”ya adambaşı 183 avroya “Qalatasaray”ın sabiq prezidenti Adnan Polata məxsus “Polat Renaissance Bosphorus” otelində yer tapılıb. Burada isə qonaq komanda üst-üstə 8500 avro ödəyib.“Yuventus” üçün yeməkləri isə İtaliyanın məşhur “Cipriani” restoranlar şəbəkəsinin İstanbul bölməsi hazırlayıb. 3 günlük yemək isə kluba 40 min lirəyə (təqribən 15 min avroya) başa gəlib. Beləliklə, Turin komandası Türkiyədə 0:1 hesabı ilə uduzduğu “Qalatasaray”la matçda Çempionlar Liqasının 1/8 finalına vəsiqədən əlavə, 60 min avro itirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
İdman 18:09
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
İdman 09:13
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
İdman 19:23
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
İdman 15:15
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol