Yüzlərlə insan şalvarını aşağı salıb, başını quma soxdu - FOTOLAR

12:30 | 14.11.2014
Yüzlərlə insan şalvarını aşağı salıb, başını quma soxdu - FOTOLAR

Yüzlərlə insan şalvarını aşağı salıb, başını quma soxdu - FOTOLAR

Avstraliyada maraqlı etiraz aksiyası keçirilib. ANN.Az "Theguardian"a istinadən xəbər verir ki, təxminən 400 Avstraliya vətəndaşı Sidney şəhərindəki Bondi çimərliyində başını quma salaraq hökumətə etiraz edib, onların bəziləri diqqəti cəlb etmək üçün hətta şalvarlarını aşağı salıblar. Onlar hökumətin iqlim dəyişikliyinə məsuliyyətsiz yanaşmasından narahatdırlar.Etirazçıların filkrincə, ölkənin baş naziri Tony Abbottun iqlim dəyişikliyi ilə bağlı problemi həll etmək cəhdləri uğursuzdur və ABŞ-la Çin arasında qəbul edilən razılaşma karbon emissiyalarının məhdudlaşdırılmasına kömək etmir.Başını quma salıb etiraz edənlər arasında uşaqlar, valideynlər, şagirdlər də var. Onları başını quma salmaqla dəvəquşunun hərəkətini təkrarlayır. Çünki dəvəquşu təhlükəni hiss etdikdə başını quma salır, avstraliyalılar da təhlükəyə belə reaksiya verərək öz etirazlarını bildirirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM