Zahid Oruca Qarabağın 3 rayonundan səs vermək mümkün olacaq

10:56 | 08.01.2024
Zahid Oruca Qarabağın 3 rayonundan səs vermək mümkün olacaq

Zahid Oruca Qarabağın 3 rayonundan səs vermək mümkün olacaq

Sosial Tədqiqat Mərkəzinin sədri Zahid Oruc Qarabağın 3 rayonundan- Kələbəcər, Füzuli və Ağdamdan Prezident seçkilərində səs toplamaq hüququ əldə edib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. 
 
Azərbaycanda fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. 
 
Bu il uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda 9 seçki dairəsi yaradılıb və vətəndaşlar 26 seçki dairəsində səs vermək hüququndan istifadə edəcək. 
 
Bir gün əvvəl Zahid Oruc rəhbəri olduğu Sosial Tədqiqat Mərkəzinin sədri vəzifəsini müvəqqəti dayandırıb. Bu proses onun Prezident seçkilərində iştirakı ilə bağlıdır. 
 
Mərkəz sədri 40 min səs toplamaqla Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyini təsdiq edib. 
 
Bundan əvvəl Zahid Oruc 2018-ci il Prezident seçkilərində iştirak edib. O, 122 956 səs toplaya bilib.
 
Zahid Oruc II, III, IV, V, VI çağırış Milli Məclisin deputatıdır. 

Bundan əvvəl Azərbaycanda preizdent seçkiləri 2018-ci ildə keçirilib. 

2003-cü ildən sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərinin qalibi İlham Əliyev olub.

Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb