Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

18:49 | 09.01.2020
Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

Bərdə rayonuna yeni prokuror təyin edilib.
Report xəbər verir ki, Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Tərtər rayon prokuroru vəzifəsini icra edən Şıxəli Alməmmədov Bərdə rayon prokuroru təyin edilib.
Xatırladaq ki, Bərdə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev bir müddət əvvəl işlərində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb