Zaxarova Qarabağ danışıqlarından söz açdı

18:10 | 31.01.2019
Zaxarova Qarabağ danışıqlarından söz açdı

Zaxarova Qarabağ danışıqlarından söz açdı

Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır.

Bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib. 

M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib:

"Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması – red.) mövqeyimiz dəyişilməz olaraq qalıb”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçi funksiyasını dürüst və keyfiyyətli şəkildə aparır:

"Biz son zamanlar Bakı ilə Yerevan arasında baş tutan siyasi təmasları alqışlayırıq. Tərəflərin bununla bağlı verdikləri konstruktiv qiymətləndirmədən xəbərimiz var. Hesab edirik ki, bu, irəliləyiş üçün düzgün yoldur”.

oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM