"Zəif banklar birləşsin" - Prezidentdən tapşırıq

12:20 | 03.02.2017

"Zəif banklar birləşsin" - Prezidentdən tapşırıq

Ölkə iqtisadiyyatına xeyir verməyən zəif banklar böyük banklarla birləşməlidir.

Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin geniş iclasında bəyan edib.

Dövlət başçısı qeyd edib ki, ölkədə cəmi 4 bank aktivlərin 80 faizinə sahibdir:

"Əgər banklarını saxlamaq istəyirlərsə, qoy birləşsinlər və ya səhmdarlar öz pullarını (nizamnamə kapitalına - red.) sərf etsinlər. Bankları saxlamağın başqa yolu yoxdur. İqtisadiyyatın onlara ehtiyacı yoxdur".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb