Zelenskidən AÇIQLAMA - Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir

08:31 | 11.04.2022
Zelenskidən AÇIQLAMA - Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir

Zelenskidən AÇIQLAMA - Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib. Bunu Zelenski feysbuk sosial şəbəkəsində yayımladığı videomüraciətində deyib.

"Almaniya kansleri Olaf Şoltsla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək barədə danışdım. Almaniyanın mövqeyi xeyrimizə dəyişir. Bunu tamamilə məntiqli hesab edirəm. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən onlara minnətdaram. Amma mən razılaşdığımız hər şeyin həyata keçiriləcəyini gözləyirəm. Və bu çox vacibdir”, Prezident bildirdi. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb