Whatsapp-dan yenilik

22:48 | 15.03.2024
Whatsapp-dan yenilik

Whatsapp-dan yenilik

Whatsapp tərtibatçıları tətbiqə biometrika və paroldan istifadə edərək əlavənin bloklanması funksiyasını əlavə etməyi planlaşdırır.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, tətbiqi barmaq izi, sifətin tanınması və ya paroldan istifadə edərək kilidləməyə imkan verən yenilik artıq whatsappın Android üçün 2.24.6.20 versiyasının bəzi beta testerləri üçün işləyir.

Əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənləri məhdudlaşdırırdı.

Funksiya hazırda məhdud sayda testçi üçün əlçatandır. Daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilmir.
"WABetaInfo” portalı hələ də istifadəçilərə ən son beta versiyasını quraşdırmağı tövsiyə etmir, çünki bəzi istifadəçilər proqramın heç bir səbəb olmadan daim problem yaranmasından şikayətlənirdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM