Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər 3000-dən çox afterşoka səbəb olub. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Onun sözlərinə görə, zəlzələlər nəticəsində 35 418 nəfər ölüb.
Beləliklə, 6 fevral zəlzələləri Türkiyənin müasir tarixində ən dağıdıcı zəlzələ oldu.
Türkiyədə əvvəlki ən dağıdıcı zəlzələ 1939-cu ildə Ərzincan şəhəri yaxınlığında baş vermiş, 33 minə yaxın insan fəlakətin qurbanı olmuşdu.
Türkiyə hakimiyyəti ilk mərhələdə zəlzələdən zərər çəkmiş bölgələrdə 30 min evi bərpa etməyi planlaşdırır.
Prezident bildirib ki, proses martda başlayacaq.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !