Zəngilan rayonunda “Ağıllı kənd” qurulur - YENİ GÖRÜNTÜLƏR

14:18 | 19.10.2021
Zəngilan rayonunda “Ağıllı kənd” qurulur - YENİ GÖRÜNTÜLƏR

Zəngilan rayonunda “Ağıllı kənd” qurulur - YENİ GÖRÜNTÜLƏR

Zəngilanın II Ağalı kəndində "Ağıllı Kənd” layihəsinin icrası üçün Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait ayrılıb.

Həmin layihənin icrasına 2021-ci ilin birinci rübündə başlanılıb. Lahiyədə  Türkiyə, İsrail, İtaliya və Çinin şirkətləri iştirak edir. 

Burada 1000-ə yaxın sakinin yaşayacağı 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evlər günəş enerjisi ilə öz elektrik enerjisini istehsal edə biləcək.

Evlərin yaxınlığında  müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur. Buranın sakinləri üçün kənd təsərrüfatı torpaqları ayrılacaq. Layihə çərçivəsində kəndə nəqliyyat təmin etmək üçün 4 əsas yol çəkiləcək.  "Ağıllı Kənd”dən  5 kilometr aralıda Zəngilan Hava Limanının tikintisi davam edir. 

Bu kənd üzərində işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
 
"Ağıllı Kənd”  layihəsinin icrası zamanı görülən işlərlə bağlı yeni görüntülər yayılıb.
 
Həmin görüntüləri təqdim edirik:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb