Zibilliyə dönən "Gülüstan" yolu - VİDEO

17:21 | 26.11.2021
Zibilliyə dönən

Zibilliyə dönən "Gülüstan" yolu - VİDEO

Bakının Binəqədi rayonunda yerləşən Gülüstan qəsəbəsinin həm köhnə, həm də yeni sakinləri evlərinin ətrafında yaranmış zibillikdən narazıdır. 

Sakinlər bildirir ki, zibil maşını gəlmədiyi üçün məişət tullantıları yığılıb qalır, sonra da sahibsiz itlər, külək onları ətrafa səpələyir. Onların sözlərinə görə, əraziyə zibil qabları yerləşdirilmir,  başqa ərazilərdən gəlib bura tullantı boşaldanlar isə vəzyyəti bir az da çətinləşdirir. 

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətindən anews.az-a açıqlamasında bildirildi ki, 2 aya yaxındır texniki problem səbəbindən  sözügedən ünvana texnika göndərilməyib. 

"Qısa zamanda RİH-in təşəbbüsü ilə o əraziyə  Binəqədi Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən texnika cəlb ediləcəkr, təmizlənmə işləri aparılacaqr. Məsələ nəzarətimizdədir. Lakin ərazinin təmizlənməsi məsələsinə görə MKTB məsuliyyətl daşıyır” , - deyə mətbuat xidməti rəsmisi bildirdi.  

Binəqədi Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Vəli Əliyevin sözlərinə görə, Gülüstan qəsəbəsində yolun dar olması səbəbindən zibil yığan maşınlar əraziyə tez-tez daxil ola bilmir.

"Bütün yolları dar olan ərazilər kimi Gülüstan qəsəbəsində də zibil daşıma problemi yaşanır. Həmin ərazidə yaşayan sakinlərlə müqavilə bağlanır. Gülüstan 15-də yaşayanlarla müqavilələr bağlanmağa başlanılıb. Həftənin müəyyən edilmiş günlərində sakinlərə xəbər verilir, onlar öz zibillərini qapının ağzına çıxarır, maşınlar zibili toplayır. Onu da bildirim ki, həmin küçənin  girişinə zibil konteyneri qoyulmuşdu, lakin sakinlər narazılıq etdiyi üçün zibil qabı götürüldü. Dünən yenidən əraziyə maşın göndərilib siqnal yolu ilə təmizlənib", - deyə baş mühəndis vurğulayıb. 
 
Ləman Qasımova
Xəlil Xəlili 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb