Ziya Məmmədovun qardaşı deputat olmaq istəmədi - SƏBƏBLƏRİ

22:39 | 02.10.2015
Ziya Məmmədovun qardaşı deputat olmaq istəmədi - SƏBƏBLƏRİ

Ziya Məmmədovun qardaşı deputat olmaq istəmədi - SƏBƏBLƏRİ

"Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyimi öz istəyimlə irəli sürmədim”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov deyib. O, bildirib ki, çoxsaylı seçicilərin müraciətinə rəğmən namizədlik verməkdən imtina edib: "Təəsüflənməyə ehtiyac yoxdur. Mən 15 il dövlətin qanunverici orqanında təmsil olunmuşam. Seçicilərimin etimadını doğrultmuşam. Çoxsaylı seçicilər mənə müraciət etdi. Amma böyük layihələrim, elmi işlərim var, sadəcə zamanım olmadığı üçün bu qərarı verdim”.

Qeyd edək ki, Elton Məmmədov 91-saylı Ucar seçki dairəsindən deputat seçilib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM