Özünü dənizə atan adam belə xilas oldu - VİDEO

18:48 | 22.04.2014
Özünü dənizə atan adam belə xilas oldu - VİDEO

Özünü dənizə atan adam belə xilas oldu - VİDEO

Dünən bir adam özünü Türkiyədə ən böyük körpülərdən biri olan Qalata körpüsü üzərindən dənizə atıb.
 
Hələ adı öyrənilməyən adam dənizdə çırpınmağa başlayıb.
 
“Axar.az” xəbər verir ki, Qalata körpüsünün altında ofisiant işləyən Suriya vətəndaşı olan bir gənc Rəbiyə Rəhmin adamın suda çırpındığını görən kimi dənizə tullanıb. Gənc oğlan suda boğulan adamı qolundan tutaraq suyun üstündə saxlamağı bacarıb.
 
Vətəndaşlar xəbər verəndən sonra hadisə yerinə gələn Dəniz Polisi adamı sudan çıxardaraq xəstəxanaya yerləşdirib.
 
Bütün bu olanlar bir vətəndaş tərəfindən videoya çəkilib.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM