Üzü sökülən binaların aqibəti necə olacaq? - VİDEO

15:34 | 23.05.2015
Üzü sökülən binaların aqibəti necə olacaq? - VİDEO

Üzü sökülən binaların aqibəti necə olacaq? - VİDEO

Abid Şərifov binaların ən yüksək keyfiyyətli boyalarla rənglənəcəyini deyib

ANS TV-nin məlumatına görə, yanğınla əlaqədar yaranmış vəziyyəti Dövlət Komissiyasının sədri Abid Şərifov şərh edib. O, bildirib ki, ölkədə həyat üçün təhlükə mənbəyinə çevrilən fasadların təmiri ilə dövlət məşğul olacaq.

"Bizdə Bakı və Sumqayıtda fasadı yanğına davamlı olmayan binaların təsdiq olunmuş tam rəsmi siyahısı var. İki həftə ərzində bunlar sökülməlidir. Lazım gəldikdə rənglənməlidir. Özü də elə-belə yox, ən yüksək keyfiyyətə tələb verən rənglərlə. Bu rənglərin ömrü 20-30 ildir. Bu bilavasitə cənab prezidentin tapşırığıdır”. 

Xatırladaq ki, Abid Şərifovla müsahibəyə daha geniş formada may ayının 24-də Mir Şahinlə "Hesabat"da baxa bilərsiniz. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb