Zukerberq “Facebook”dakı səhmlərini satır

22:42 | 24.08.2016
Zukerberq “Facebook”dakı səhmlərini satır

Zukerberq “Facebook”dakı səhmlərini satır

"Facebook”un qurucusu və CEO-su Mark Zukerberq "Facebook”dakı səhmlərinin bir qismini satışa çıxarıb. Satış 95 milyon dollar dəyərində, təxminən 768 min səhm deməkdir. 

Oxu.Az xəbər verir ki, Zukerberqin səhm satışı nağd pul əldə etmək istəyi ilə deyil, xeyriyyə işləri ilə bağlıdır. 

"Facebook”un CEO-su ötən ilin dekabr ayında ilk dəfə ata olduqdan sonra, həyat yoldaşı ilə birlikdə ümumilikdə 45 milyard dollar edən səhmlərinin 99%-ni satmaqla xeyriyyə fondu yaratmışdı. Hədəflərinin insan potensialını inkişaf etdirmək və yeni nəsillərdə bütün uşaqların bərabərliyini dəstəklənmək olduğunu açıqlamışdı.

M.Zukerberq və həyat yoldaşı sərvətlərinin 99%-ni bu fonda bağışlayacaq. Qeyd edək ki, şirkətin CEO-su "Facebook”-da 400 milyon dollarlıq bir səhmə sahibdir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb