Özünü "həci" kimi təqdim edən şəxs xəstə uşaq üçün yığılan pulu oğurladı - FOTO

16:21 | 03.01.2019
Özünü

Özünü "həci" kimi təqdim edən şəxs xəstə uşaq üçün yığılan pulu oğurladı - FOTO

Leykozdan əziyyət çəkən Aylinin müalicəsi üçün yığılan pullar bank hesabından oğurlanıb.

Anews.az bildirir ki, bu barədə Open.az-a ailənin yaxınları məlumat verib.

Məlumatda bildirilib ki, Aylinin müalicəsinə dəstək üçün hesab açmışdıq və bir miqdar məbləğ toplanmışdı: "Yanvarın 1 -ii uşağın vəziyyəti qəfildən pisləşdi. Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs, özünü "həci" kimi təqdim edib, kart və hesab nömrəsini istəyib. Deyib ki, hesaba 50000 azn pul köçürdürəm uşağı xaricə aparın. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşır. Hesab boş olub. Aylardır nə əziyyətlə yığılan pul, ailənin tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən şəxsin nömrəsi (+79852706090) budur. Banka müraciət olunub, deyiblər ki, pul hansisa oyunlar üçün köçürülüb".

Qeyd edək ki, ötən il dekabrın 18-i əzələ əriməsi xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, iki yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar da oğurlanmışdı.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM