• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” mobil rabitə təlimlərinə davam edir!

“Nar” mobil rabitə təlimlərinə davam edir!
31.10.2024 13:52
Mobil rabitə bazarında sərfəli təklifləri və təhsilə verdiyi önəmlə tanınan "Nar”, ölkədə rəqəmsal biliklərin inkişafını dəstəkləyən layihələrə davam edir. "Nar”ın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, telekommunikasiya ixtisasları üzrə təhsil alan tələbələrə davamlı olaraq "Mobil rabitənin əsasları” təlimi keçilir.

 "Nar” texniki heyətinin hazırladığı və keçdiyi bu təlim mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Azərbaycan Texniki Universitetində (AzTU) keçilən budəfəki təlimin mövzuları mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzuları əhatə edib.

Qeyd edək ki, "Nar” Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan "Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.

"Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

 "Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





www.anews.az
Similar news
Similar news
Azerbaijan interior minister meets with Turkish police chief in Baku
Society 17:00
Azerbaijan interior minister meets with Turkish police chief in Baku
Azerbaijan releases weather forecast for September 26
Society 16:00
Azerbaijan releases weather forecast for September 26
Azerbaijan expands restrictions for civil service appointments
Society 13:00
Azerbaijan expands restrictions for civil service appointments
Doctor headcount in Azerbaijan falls 1.3%, pediatrics and psychiatry hit hardest
Society 17:30
Doctor headcount in Azerbaijan falls 1.3%, pediatrics and psychiatry hit hardest
Buy a Nothing smartphone at MyShops and get 6 GB of mobile internet from Azercell for 6 months
Society 16:30
Buy a Nothing smartphone at MyShops and get 6 GB of mobile internet from Azercell for 6 months
Gift season has begun at Bakcell
Society 16:27
Gift season has begun at Bakcell
Up to 7% discount on cash loans for education professionals
Society 16:00
Up to 7% discount on cash loans for education professionals
Azerbaijan reveals birth weight statistics for 2025
Society 15:30
Azerbaijan reveals birth weight statistics for 2025
Earthquake recorded in Caspian Sea
Society 15:00
Earthquake recorded in Caspian Sea
Anews TV

Our official Youtube channel

Subscribe