• $
  • £

Azərbaycan 140-dan çox ölkəyə inkişaf yardımı göstərib

Azərbaycan 140-dan çox ölkəyə inkişaf yardımı göstərib
17.06.2026 16:15



Azərbaycan indiyədək 140-dan çox ölkəyə maliyyə, texniki və potensialın artırılması üzrə yardım göstərib. Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan donor fəaliyyəti çərçivəsində 44 ən az inkişaf etmiş ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə və İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 51-nə dəstək verib.

Rəfiyev bildirib ki, bu geniş fəaliyyət Azərbaycanın dayanıqlı inkişafın yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də ölkələrin öz prioritetlərinə əsaslanan layihələrin dəstəklənməsi yolu ilə təmin olunmasına dair yanaşmasını əks etdirir.

Nazir müavini Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndiyini qeyd edib. Onun sözlərinə görə, tərəflər rəqəmsal innovasiya və İKT, səhiyyə və peşə təhsili, iqlim dayanıqlılığı və humanitar yardım sahələrində əməkdaşlığı inkişaf etdirirlər.

Rəfiyev bildirib ki, bu əməkdaşlıqda əsas diqqət Afrikaya, eləcə də Suriya, Əfqanıstan və digər həssas ölkələrə yönəlib.

O, həmçinin ASAN xidmətin təcrübəsinin beynəlxalq səviyyədə bölüşüldüyünü vurğulayıb və bu ilin əvvəlində Pakistanda ASAN Xidmət Mərkəzinin istifadəyə verilməsini mühüm mərhələ adlandırıb.

Rəfiyev qeyd edib ki, COP29 çərçivəsində Azərbaycan tərəfdaşları ilə birlikdə “Sülh, yardım və bərpa naminə iqlim fəaliyyəti üzrə Bakı Çağırışı”nı irəli sürüb. Bu təşəbbüsün əsas nəticələrindən biri iqlimə həssas ölkələri praktiki tərəfdaşlıq, texniki yardım, potensialın artırılması və layihə hazırlığı vasitəsilə dəstəkləmək üçün Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılması olub.

Onun sözlərinə görə, mərkəzin məqsədi ölkələrin milli prioritetlərini iqlim və inkişaf maliyyəsini cəlb edə biləcək investisiyaya hazır layihələrə çevirməkdir.

Rəfiyev bildirib ki, Azərbaycan bu çərçivədə Qvineya-Bisau hökuməti ilə praktiki əməkdaşlığa başlayıb və yaxın vaxtlarda bu tərəfdaşlıq üzrə konkret nəticələr əldə olunacağı gözlənilir.
 

Aytac Zeynalova

Similar news
Similar news
Georgia-Azerbaijan bilateral trade rises over 13%
Business 17:30
Georgia-Azerbaijan bilateral trade rises over 13%
Lawmaker proposes annual discounted flight quota on AZAL
Business 16:30
Lawmaker proposes annual discounted flight quota on AZAL
Цены на золото и серебро снизились на бирже COMEX
Business 15:00
Цены на золото и серебро снизились на бирже COMEX
Bir Showcases Azerbaijan’s Cash-to-Digital Transformation at Money20/20 Middle East in Riyadh
Business 14:11
Bir Showcases Azerbaijan’s Cash-to-Digital Transformation at Money20/20 Middle East in Riyadh
PASHA Bank executive highlights culture and communication in leadership
Business 14:00
PASHA Bank executive highlights culture and communication in leadership
Gold and silver futures ease on COMEX exchange
Business 12:30
Gold and silver futures ease on COMEX exchange
Asia-Pacific stocks rise on tech rally, lower oil prices
Business 10:30
Asia-Pacific stocks rise on tech rally, lower oil prices
Oil prices fall over 2%
Business 10:03
Oil prices fall over 2%
Bitcoin tops $81,000 as broad crypto rebound accelerates
Business 09:30
Bitcoin tops $81,000 as broad crypto rebound accelerates
Anews TV

Our official Youtube channel

Subscribe