Yaponiya xəritədən silinə bilər

23:25 | 16.02.2018
Yaponiya xəritədən silinə bilər

Yaponiya xəritədən silinə bilər

Yaponiyalı mütəxəssislər dənizin dibində olan vulkanda nəhəng maqma təbəqəsinin formalaşdığını aşkarlayıb.

Sözügedən supervulkan Yaponiyanın cənub sularında yerləşir. Alimlərin ehtimalına görə, həmin vulkanın püskürməsi riski mövcuddur. Sonuncu dəfə həmin vulkan 7.3 min il əvvəl maqma püskürüb və Kyusu adasında qədim sivilizasiyanı məhv edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Independent” məlumat yayıb.

Mütəxəssislər sualtı püskürmədən sonra Kikay kalderasını – kraterini araşdırıb. Onlar kalderanın aşağı hissəsində ucalan 600 metr hündürlüyündə qübbənin əmələ gəldiyini müəyyən edib.

Əmələ gələn qübbənin içində maqma ilə dolu geniş kamera yerləşir. Maqma həcminin 41 kub kilometrə yaxın olduğu bildirilir. Alimlərin hesablamalarına görə, həmin vulkanın 100 il ərzində püskürmə ehtimalı bir faizə bərabər olsa da,fəlakət baş verəcəyi təqdirdə 100 milyona yaxın insan məhv ola bilər.

Alimlər sualtı strukturun daha dəqiq araşdırılması üçün xüsusi sualtı robotlardan istifadə etməyi planlaşdırır. Vulkanşünaslar maqmanın yığılma tezliyini müəyyən etməyə, supervulkanın meydana gəlmə səbəbini araşdırmağa hazırlaşır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb