Aprel döyüşündə yaralanan hərbçiyə süni baş qapağı qoyuldu - FOTO

23:30 | 15.10.2017
Aprel döyüşündə yaralanan hərbçiyə süni baş qapağı qoyuldu - FOTO

Aprel döyüşündə yaralanan hərbçiyə süni baş qapağı qoyuldu - FOTO

2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni baş qapağı qoyulub. 
 
"Haberturk”ün verdiyi məlumata görə, 4 gün komada qalan 28 yaşlı hərbçimiz 3 dəfə Bakıda əməliyyat  olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə daha 2 əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni baş qapağı qoyulub.

"Qəzadan sonra özümə ilk dəfə baxanda zənn etdiyiniz kimi şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə "İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm. Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə həmişə kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki mənə görə çox kədərlənir və ağlayırdı”, - deyə Yaşar Ağayev bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb