Avtomobillər üçün yeni rüsumlar təstiqləndi

15:38 | 19.12.2018
Avtomobillər üçün yeni rüsumlar təstiqləndi

Avtomobillər üçün yeni rüsumlar təstiqləndi

Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

Anews.az "avtosfer.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Qeyd edək ki, 29 iyun 2018-ci ildə "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb