Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu - VİDEO

00:29 | 04.05.2018
Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu - VİDEO

Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu - VİDEO

Bu gün axşam saat təxminən 22:40 radələrində paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədilib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Səbail rayonu Salyan şossesində, Dövlət Bayrağı Meydanı yaxınlığında qeydə alınıb. Belə ki, 10 OE 003 dövlət nömrə nişanlı, "Grand Cherokee” markalı avtomobillə yolu keçən orta yaşlı qadın vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin 20 metrliyində baş verib. 

Hadisə yerinə Səbail rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən Xətai rayon sakini Vüqar Ağayev adlı şəxsdir. O, avtomobili xarici ölkədən alınan sürücülük vəsiqəsi ilə idarə edib. Hadisəni törədən sürücü saxlanılıb və araşdırmalar aparılır. 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM