Bakıda Türkiyəyə dəstək aksiyası: dollara od vurdular – VİDEO

20:31 | 14.08.2018
Bakıda Türkiyəyə dəstək aksiyası: dollara od vurdular – VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası: dollara od vurdular – VİDEO

Bakıda Türkiyə səfirliyinin qarşısında türk iqtisadiyyatına dəstək aksiyası keçirilib.
Oxu.Az "Anadolu” agentliyinə istinadə xəbər verir ki, aksiyada "Bakı Müharibə Veteranları Şurası” və "Osmanlı intibahı xalq hərəkatı”nın nümayəndələri iştirak ediblər.
Türkiyə və Azərbaycan bayraqları, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsvirini başı üzərində qaldırmış aksiya iştirakçıları ABŞ-a qarşı və türk iqtisadiyyatına dəstək şüarları səsləndiriblər.
İştirakçılar həmçinin Türkiyəyə dost ölkələri dollardan imtina etməyə və türk lirəsi ilə hesablaşmalara keçməyə, həmçinin türk mallarını almağa səsləyiblər. Aksiya zamanı etiraz əlaməti olaraq, ABŞ dollarları da yandırılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb