Britaniyanın zəngin gəncləri… - FOTOLAR

10:27 | 11.07.2018
Britaniyanın zəngin gəncləri… - FOTOLAR

Britaniyanın zəngin gəncləri… - FOTOLAR

Sıra-sıra düzülmüş avtomobillər, şəxsi təyyarələr, bahalı hədiyyələr və s…

"Dövran Media" xəbər verir ki, Böyük Britaniyanın zəngin övladları paylaşdıqları fotolar ilə dünyanın gündəmini zəbt ediblər.

Dəfələrlə fərqli ölkələrin zəngin övladları haqqında dünya mətbuatında məlumatlar və fotolar paylaşılıb. Bu dəfə sıra dünyanın ən varlı ölkələrindən sayılan Böyük Britaniyanın gənclərinə gəlib.

Sosial mediada paylaşdıqları fotolarla fenomenə çevrilən gənclər göstərişli həyatlarını ön plana çıxarırlar. Sıradan insanlar üçün il ərzində 15-20 gün, maksimum 1 ay istirahət günü olsa da, bu varlı gənclər üçün ilin 365 günü istirahətdir.

Böyük Britaniyalı zəngin gənclər sosial mediada özləri üçün rəsmi səhifə yaradaraq, fotolarını orada paylaşırlar. 220 mindən çox izləyicisi olan səhifədə britaniyalı zəngin uşaqların lüks həyatı sərgilənir.

Onu da qeyd edək ki, Böyük Britaniya dünyanın ən bahalı ölkələrindən sayılır. Hazırda bu ölkədə dünyanın ən varlı insanları yaşayırlar. Ölkədə il ərzində 1 milyondan çox avtomobil istehsal olunur. Bunların arasında "Aston Martin”, "Bentley”, "Jaguar”, "Land Rover”, "Lotus”, "Mclaren”, "Mini” və "Rolls Royce” kimi məşhur markalar yer alır.

"Dövran Media" sözügedən Böyük Britaniyanın varlı gənclərinin fotolarını təqdim edir:
 










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb