Camalın cəsədini daşıyan şəxs və həmin çemodan - VİDEO - FOTO

14:04 | 18.10.2018
Camalın cəsədini daşıyan şəxs və həmin çemodan - VİDEO - FOTO

Camalın cəsədini daşıyan şəxs və həmin çemodan - VİDEO - FOTO

"The Washington Post"un köşə yazarı Camal Haşoqqinin qətlə yetirilməsində şübhəli bilinin 15 nəfərin 7-si Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkəni faktiki olaraq idarə edən şahzadə Məhəmməd bin Salmanla birabaşa əlaqəlidir.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, həmin adamlar arasında 2007-ci ildən bəri Səudiyyə Ərəbistanının Londondakı səfirliyində işləyən Mahir Əbdüləziz Mütrəb də vardı.

Onun həmin saatlarda səfirlikdə olmasını sübut edən görüntülər əldə olunub. Mahir günorta vaxtı İstanbuldakı otellərin birindən çıxarkən görüntülənib və əlində iri çemodan olub. İddialara görə, qaşıqçının parçalanmış cəsədi həmin çemodanda imiş.


Türkiyəyə oktyabr ayının 2-si gecə saat 03.38-də gələn 47 yaşlı Mahir Əbdüləziz Mütrəb 9:55-də konsulluq binasına girib, 16:53-də çıxıb. O, daha sonra 17:15-də hava limanında əlində iri çemodanla görüntülənib.

Qeyd edək ki, Türkiyə ABŞ-a Camal Haşoqqinin oktyabr ayının 2-də İstanbul konsulluğunda işgəncə ilə öldürülməsi ilə bağlı sübutlar təqdim edib. Səudiyyəli rəsmilər onun zərər görməsi barədə məlumatı təkzib etsələr də, sübut edə və ya tutarlı dəlil göstərə bilmirlər.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb