Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL

14:20 | 25.08.2016
Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL

Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL

Fərəc Abbasov

Azərbaycan iqtisadiyyatı heç də yaxşı dövrünü yaşamır. Neft qiymətlərinin aşağı düşməsi və ölkənin postneft reallığına hazır olmaması, Azərbaycan iqtisadiyyatının libidosunun stabilliyində öz əksini tapır. Kiçik və orta biznes yeni, tamamilə yad situasiyadan əziyyət çəkir, bazarın yeniliklərinə uyğunlaşmağa çalışır. Və bəlli olur ki, böyük şirkətlər bazar iqtisayyatı şərtlərində rəqabətədavamlılıqda və dünya eksportunun böyük ehtiyaclarını ödəməkdə dişsizdirlər.

3 il əvvəl bunlar o qədər inandırıcı görünmürdüsə də, bu gün bu problemlər açıq-aydın ortadadır. Son illərdəki tendensiyaları nəzərə alsaq, nəyisə əvvəlcədən demək və gümanlarla çıxış etmək getdikcə çətinləşir: biz yaxın bir ildə dünya və lokal iqtisadiyyatda əsasən nələrin baş verəcəyindən xəbərsizik. Bizim bacara biləcəyimiz yeganə şey dünya iqtisadiyyatında trendləri bilmək, lokal iqtisadi və siyasi əlamətləri oxumaq, dinləmək və görmək olardı. 

Yerli əlamətlərə qaldıqda isə, aktual ifadə birləşməsinə - manatın enən məzənnəsinə  diqqət yetirməmək mümkün deyil. Necə üzən məzənnə deyək - əgər manat qayıqdırsa, onda Milli Bank və hansısa maliyyə orqanları mühərrikdirlər, qayıq isə sükanı tutanın döndərdiyi tərəfə gedəcək, bazarın göstərdiyi tərəfə deyil.
 
Bunları nəzərə alarkən, dərk etməliyik ki, qısa addımlarla, yaxud təkanlarla (üzməyimiz real görünmür) biz 1 dollar 2 manat məzənnəsinə doğru hərəkət edirik. Valyuta ehtiyatlarının və iqtisadiyyatın ciddi itkisinə məruz qalmadan manatın kursunu indiki vəziyyətdə saxlamaq mümkünsüz görünür. Bunu edəcəyimizə, mən də inanmaq istərdim, inanmaq istərdim ki, neft barrelinin qiymətinin qalxması bizə kömək edəcək, ancaq BVF-nin bizə verdiyi tövsiyyə - manatı zəiflətməklə istisadiyyatı canlandırmaq – ölkənin maliyyə rəhbərlikləri tərəfindən görməzdən gəlinməyə bilməz. 
Ucuz manat apriori olaraq, ixrac üçün yaxşıdır, ancaq bir əmma var: bununçün beynəlxalq, ən azından regional səviyyədə rəqabətədavamlı, güclü brendlərimiz olmalıdır. Ancaq Azərbaycanın ixrac etdiyi malları və sənaye sektorunda bu mallarla əlaqədar işləyən insanların sayını nəzərə alsaq, bu nisbət olduqca aşağı görünür. Təəssüf ki, Avropada Azərbaycan brendlərindən yalnız SOCAR və azərbaycanlı bədxərcliyi tanınır (bunun ixrac adı səxavətli olmaq adlanır).

Qida sektorunda hansısa ümid qığılcımları var: şirələr, konservlər, çay, meyvə, tərəvəz və ləpələr. Tekstil, mebel və azca kimya məhsulları da var – MDB-dəki partnyorlarımıza, yaxın xaricə nəsə satmağa müvəffəq oluruq. 

Ancaq bir problem var: onlarda da indi ödəmə balansında vəziyyət heç də yaxşı deyil (valyuta çatışmazlıqları var). Bütün yuxarıda sadalananları nəzərə alsaq, ölkə rəhbərliyinin bir nömrəli tapşırığının nə olduğunu dərk etməliyik – ölkə daxilində istehsal olunan çox və az dərəcədə rəqabətədavamlı mal və əmtəələrin qlobal miqyasda marketinq və piarını qurmaq. İxrac üçün nəzərdə tutulan əmtəələr irəli çəkilməli və inkişaf etdirilməlidir. Bu isə dövlətin və XİN-in yardımı olmadan mümkünsüzdür. Ancaq əlamətlər onu göstərir ki, biz qeyri-neft sektorunun inkişafı və valyuta cəlbi üçün nisbətən başqa yol seçmişik. 

Ərəb və iranlı ordusu - əlamət deyilsə, nədir? Turizm də ölkənin likvidasiyası üçün güclü rıçaqdır. İl ərzində milyonlarla turist ölkə iqtisadiyyatına milyardlarla gəlir gətirə bilər (qeyd üçün – təkcə Kiyevə inqilabdan əvvəl il ərzində milyondan çox turist gəlirdi). Və nə qədər qəribə olsa da, turistlərin üçdə ikisi kişilərdir. 

Azərbaycan turist cənnəti olmaq istəyirsə, bunlara malik olmalıdır: 

a) Turistləri yerləşdirmək, yedirib-içirmək və əyləndirmək üçün böyük infrastruktur resursları

b) Bizi digər ölkələrdən fərqləndirəcək nəsə xüsusi, maraqlı bir detal olmalıdır. Biz Amsterdam deyilik, çünki fahişəlik və marixuana bizdə yolverilməzdi; biz Kiyev deyilik, şərq əxlaqı və müsəlman mentalitetimiz var; biz Monte-Karlo və Tbilisi deyilik, çünki qumar bizdə qadağandır: biz Antalya və Kəmər deyilik, çünki qiymət və servis məsələsində birmənalı uduzacağıq: biz hətta Praqa da deyilik, çünki köhnə binaları yıxıb yerlərində parklar salırıq; təəssüf ki, heç Dubay da deyilik, çünki gənc pokemonun transformasiyası üçün ən vacib məqamda pullarımız qurtardı. Bütün bunları nəzərə alanda, aydındır ki, biz avropalı və amerikalı turistlərin kütləvi axını üçün o qədər də cəlbedici deyilik. Həmişə olduğu kimi biz yenə də Qərblə Şərqin arasındayıq. Buna görə də bizim konsepsiyaya, ideyaya ehtiyacımız var, -yaxşı servis və uyğun qiymətlərlə həqiqi turizmi, ilboyu axını təmin etməkdən ötrü güclü infrastruktur qurmalıyıq. 

Ancaq hakimiyyət orqanları bu sahəyə diqqət və vaxt ayırmaqdansa, cərimələrin artırılmasına, vergilərin sərtləşməsinə və yığılmasına istiqamətlənən fəal iş aparırlar.  Görünür, əmanətlərin əhalinin yastığı altında saxlanıldığını güman edirlər, ona görə də maliyyə rəhbərliyi və maliyyə orqanları bu yolla itkiləri qaytarmaq və büdcəni doldurmaq istəyirlər. Düzdür, əmanətlər həqiqətən yastıqların altındadır, ancaq sadə əhalinin evlərində yox. Zənnimcə, istək olduqdan sonra və hüquq mühafizə orqanlarının işi düzgün qurmasıyla müəyyən şəxslərin xarici valyutada saxladıqları milyonları asanca tapmaq və büdcəyə qaytarmaq olar. Təbii ki, istək olarsa. 

Ölkənin bank sektorunda da maraqlı əlamətlər görürük: qeyri-müəyyən bəhanələr və qaranlıq məqsədlərlə başqaları da yox, məhz vergiödəyicisi olan banklar (balaca da deyillər, hər bir bank 10-20 ildir ki, fəaliyyət göstərirdi) qapadılır, işəgötürənlər işsiz qalır (iqtisadiyyatın bir seqmentinə daxil olan müəssisədən belə çətin vaxtda işçini işdən çıxarıb küçəyə atmaq- ümumiyyətlə, heç bir məntiqə sığmır). Ən maraqlısi isə odur ki, nizamlayıcı bu təşkilatların statusunu dəyişə, deyək ki, bankdan maliyyə təşkilatına çevirə bilərdi, bunun üçün ciddi kapital və şəffaf maliyyə hesabatı da tələb olunmurdu. Bankdan fərqli olaraq, bu təşkilata müvəqqəti hüquqi status verə bilərdilər: təki bu təşkilatı təşkil edən vergiödəyicisi, işəgötürən qorunsun. Amma təəssüf, bu baş vermədi, deməli, həqiqi motivlər bizim üçün qaranlıqdır. 

Bildiyimiz yeganə məsələ budur ki, düşüncə, ideya, konsepsiya bu gün ciddi ixrac məhsuludur, ideyanın üstünə iş və hərəkət  gələndə isə hətta monetirləşdirilmiş məhsul ortaya çıxır. Bizim Kriptonumuzun özəyindəki dəyişiklik komfort zonamızdan çıxmağımıza və başımızı qaldırmağımıza səbəb oldu, başımızı qaldıranda isə bitib-tükənməz imkanları olan dünyanın hüdudsuz üfüqlərini gördük. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb