Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

13:30 | 17.12.2018
Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
"Ölkə.Az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. 

Belə ki, klublar qrup qalibi və ikincisi olmaqla 2 səbətə bölünüblər. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər 1/8 finalda üz-üzə gələ bilməzlər. 

Qrup birinciləri: 

"Borussiya" (Dortmund, Almaniya) 

"Barselona" (İspaniya) 

PSJ (Fransa) 

"Porto" (Portuqaliya) 

"Bavariya" (Almaniya) 

"Mançester Siti" (İngiltərə) 

"Real" (İspaniya) 
"Yuventus" (İtaliya) 

Qrup ikinciləri: 

"Atletiko" (İspaniya) 

"Tottenhem" (İngiltərə) 

"Liverpul" (İngiltərə) 

"Şalke" (Almaniya) 

"Ayaks" (Hollandiya) 

"Lion" (Fransa) 

"Roma" (İtaliya) 

"Mançester Yunayted" (İngiltərə) 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb