Fəxrəddin Manafov səhhətindən danışdı

19:15 | 17.04.2018
Xalq artisti Fəxrəddin Manafov Almaniyadan Bakıya qayıdıb.
 
Bu barədə APA-ya aktyor özü məlumat verib.
 
O, bildirib ki, Almaniyaya onurğasında olan problemə görə gedib: "Həkimlər müayinə etdilər, müalicə aldım. Mənim sağlamlığımla bağlı məsələləri bu qədər şişirtməyə, böyütməyə ehtiyac yoxdur. Artıq Bakıdayam, hər şey qaydasındadır”.

www.anews.az