Jirinovskinin üzərinə pivə tökdülər - VİDEO

11:00 | 17.07.2018
Jirinovskinin üzərinə pivə tökdülər - VİDEO

Jirinovskinin üzərinə pivə tökdülər - VİDEO

Moskvanın Tver məhkəməsi Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin üzərinə pivə tökən şəxsin 14 sutka həbs cəzası alması ilə bağlı qərar çıxarıb. 

Oxu.Az bununla bağlI "RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

"Məhkəmə Qleb Strunnikovu "xuliqanlıq” maddəsi ilə təqsirli bilib və ona 14 sutkalıq həbs cəzası verilib”, - məhkəmənin mətbuat katibi Anasatiya Dzyurko bildirib. 

Xatırladaq ki, hadisə iyulun 15-də baş verib. Futbol üzrə dünya çempionatının finalından sonra azarkeş Jirinovskinin üzərinə pivə töküb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb