Magistraturaya qəbulun ikinci mərhələsi başlayır

18:49 | 25.05.2018
Magistraturaya qəbulun ikinci mərhələsi başlayır

Magistraturaya qəbulun ikinci mərhələsi başlayır

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı vermək istəyən bakalavrlar "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 3-də keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb