Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

14:30 | 17.01.2018
Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın "Traktor Sazi” klubunun baş məşqçisi təyin edilib.

Anews.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

68 yaşlı mütəxəssis Təbriz klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Təcrübəli çalışdırcının altı aylıq əməkhaqqı 400 min dollar olacaq.

Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Asiya Çempionlar Liqasında mübarizə aparan komanda İran çempionatında 21 xalla XI pillədə qərarlaşıb. 

Xatırladaq ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran”ın "sükanı arxasında” olub. O, İranda "Pas” və "Perspolis” klublarını da çalışdırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb