Nazirlikdən erməni əsilli Zara Mqoyanın ölkəmizə gəlməsi ilə bağlı AÇIQLAMA

14:56 | 24.07.2018
Nazirlikdən erməni əsilli Zara Mqoyanın ölkəmizə gəlməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən erməni əsilli Zara Mqoyanın ölkəmizə gəlməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda "Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi "İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.

Bizimyol.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinə məxsus 012 498-18-26 nömrəsindən zəngimizə cavab verən və özünü təqdim etməkdən imtina edən əməkdaş bildirib ki, Mədəniyət və Turizm nazirliyi "Jara” musiqi festivalının keçirilməsinə cavabdeh deyil. 

Bu festivalla bağlı məsuliyyəti "Jara” musiqi festivalının təşkilatçıları daşıyır.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə yaratmaq üçün 012-498-2062 nömrəsinə zəng etdik, zəngimizə cavab verən və soyadını söyləmək istəməyən Məhəmməd adlı şəxs İntiqam Hümbətovun yerində olmadığını bildirdi.

BAKU.WSŞahidi olduğunuz hadisə barədə bizə xəbər edin:
055 225 10 01 (WhatsApp)

Xəbəri bəyəndiniz?
 -
-1
+








1






Bakıdan qayıdan müğənni sevincini biabırçı şəkildə qeyd etdi - VİDEOAlla Puqaçovanın Bakıda istidən ürəyi getdi – VİDEO
Teqlər: erməni jara zara mqoyan




TOP XƏBƏRLƏR


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb