“Neftçi” avstriyalı futbolçusu ilə yollarını ayırdı

11:39 | 21.02.2018
“Neftçi” avstriyalı futbolçusu ilə yollarını ayırdı

“Neftçi” avstriyalı futbolçusu ilə yollarını ayırdı

"Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. 

Anews.az xəbər verir ki, Avstriya doğumlu xorvat müdafiəçinin müqaviləsinə bu gün xitam verilib.

Əvvəlcə onun geyindiyi 3 nömrəli formanı əlindən alan rəhbərlik futbolçuya özünə yeni komanda tapmağı tapşırmışdı.

Nəhayət, cinah müdafiəçisi ilə danışıqlar müsbət nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində klub axtarışında olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Qeyd edək ki, Mateo Mujek "Neftçi”yə yay fasiləsində Sloveniyanın "Rudar” klubundan keçmişdi. O, iyulun 28-də Bakı klubu ilə iki illik müqavilə bağlamışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb