Nəsibə "Fendi"də səsləndirilən mahnısından danışdı

13:20 | 19.10.2018
Nəsibə

Nəsibə "Fendi"də səsləndirilən mahnısından danışdı

Özbəkistanın xalq artisti, müğənni Nəsibə Abdullayeva dünyada məşhur olan "Fendi" brendinin reklam çarxında səsləndirilən "Bir gün mənə rəhmin gələcək" mahnısından danışıb.

Anews.az xəbər verir ki, hazırda Rusiyanın Moskva şəhərində olan Abdullayevanın prodüseri Dilroba Ramazanova müğənninin sözlərini olduğu kimi open.az-a çatdırıb:

"Hazırda bir layihə ilə bağlı Rusiyadayam. Danışa bilmirəm. Açığı, bu mövzunu hazırda sizin vasitənizlə öyrənirik. Belə şeydən xəbərimiz yox idi. Çarxda səsləndirilən "Bir gün mənə rəhmin gələcək" mahnısı mənə aiddir. Özü də bu mahnı 35 il öncə yazılıb. Şübhəsiz, mahnılarımın dünya səviyyəsində sevilməsi və istifadə olunması yalnız xoş hisslər yaradır. Lakin bu ifamı məndən icazəsiz işlədiblər.

Ümumiyyətlə, biz "Fendi" ilə əlaqə yaradacağıq. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlamayıblar? Üstəlik, mahnının ifaçısı mən olduğum halda nəyə görə adım orada yazılmayıb? Hələlik qarşı tərəfin reaksiyasını gözləyəcəyik. Yalnız bundan sonra məhkəmə barədə düşünə bilərik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb