Qurban Qurbanovdan şok açıqlama: "Mahir oyundan sonra ağlayırdı"

23:22 | 14.10.2018
Qurban Qurbanovdan şok açıqlama:

Qurban Qurbanovdan şok açıqlama: "Mahir oyundan sonra ağlayırdı"

Bu gün Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində baş tutan Azərbaycan-Malta görüşündən sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə oyun haqqında qısa fikirlərini bildirib: Futbolçularıma təşəkkür etmək istəyirəm. Xeyli sayda qol epizodundan istifadə edə bilmədik.


- Qalibiyyət üçün nə çatmadı?



- Əsas olan qol idi, o çatmadı. Son nöqtəni qoya bilmədik. Sürətli oyun oldu. Futbolçularımız bu rejimə öyrəşir. 


- Sonuncu əvəzetməni etmədiniz. Bu nə ilə bağlı idi?


- Belə hallarda bəzən çox dəyişiklik etdikdə oyun alınmaya da bilər. 


- Rəqibin baş məşqçisi bizi fantastik komanda adlandırdı. Sizcə bu kinayə ilə deyilən sözlər idi?


- Bu sözə hərənin bir reaksiyası ola bilər. Düşünürəm ki, biz görüş boyu çoxlu hücumlar təşkil etdik. 


- Mahiri başqa birisi ilə əvəz etmək olmazdımı?


- Ona basqı var, bunu bilirəm. Ancaq onu qazanmalıyıq. Mahir oyundan sonra ağlayırdı. Azarkeşlərin onu fitə basması Mahirə təsir etmişdi. Futbolumuzda mənfi cəhətlər həddindən artıq çoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM