Rusiya Gürcüstanla əlaqələrin bərpası barədə

19:47 | 19.07.2018
Rusiya Gürcüstanla əlaqələrin bərpası barədə

Rusiya Gürcüstanla əlaqələrin bərpası barədə

Gürcüstanla mehriban qonşuluq münasibətlərinin bərpası iki ölkə xalqlarının və Rusiyanın marağındadır. 

Oxu.Az xəbər verir ki, bu sözləri "Rustavi 2” telekanalına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

"Biz Rusiya-Gürcüstan arasında mehriban qonşuluq əlaqələrinin bərpa edilməsində maraqlıyıq. Bu, xalqlarımızın da maraqlarına cavab verir, Rusiya tərəfindən bu məsələ ilə bağlı heç bir maneə yoxdur, normallaşma prosesi yalnız siyasi iradə və realizmdən asılıdır”, - Zaxarova deyib. 

Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci ildə Moksvanın Abxaziya və Osetiyanın müstəqilliyini tanımasından sonra kəsilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb