Sabah havanın temperaturu 10 dərəcəyə qədər enəcək

12:49 | 24.09.2017
Sabah havanın temperaturu 10 dərəcəyə qədər enəcək

Sabah havanın temperaturu 10 dərəcəyə qədər enəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturunun gecə  18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə  19-21°, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 762  mm civə sütunundan 765  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-60 % olacaq.


Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə  15-20°, gündüz  27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb