Şəhid oğlunun sünnət toyunda görünməmiş izdiham - FOTOLAR

21:53 | 13.05.2017
Şəhid oğlunun sünnət toyunda görünməmiş izdiham - FOTOLAR

Şəhid oğlunun sünnət toyunda görünməmiş izdiham - FOTOLAR

Türkiyədə şəhid oğlunun sünnət toyunda görünməmiş izdiham yaşanıb.

2015-ci ildə Şırnakda terrorçularla döyüşdə şəhid olan xüsusi təyinatlı polis əməkdaşı Atilla Günəşin 10 yaşlı oğlu Doğan Günəşin sünnət toyu İzmirdə baş tutub. 

Sosial mediada edilən çağrışlardan sonra mərasimə minlərlə insan qatılıb. Atası şəhid olarkən cənazənin başında ağlaması ilə Türkiyənin gündəminə çevrilən Doğanın sünnət ediləcəyini eşidənlər ailəni yalnız buraxmamaq üçün sosial mediada çağrışlar edib. Nəticədə sünnət toyunda görünməmiş izdiham yaşanıb.

Türk bayrayqları ilə bəzədilmiş yüzlərlə maşının müşayəti ilə əvvəlcə Doğanın atasının xidmət etdiyi Adnan Menderes limanına, sonra isə mərasimin keçrildiyi salona yollanan kütlə Mehtər marşının müşayəti ilə hərəkət edib.
 

















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb