Tramp Putini ABŞ-a dəvət etdi

09:40 | 20.07.2018
Tramp Putini ABŞ-a dəvət etdi

Tramp Putini ABŞ-a dəvət etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfərə dəvət edib.

anews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün "Twitter” hesabında yazıb.

O qeyd edib ki, Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. 

"Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməsini istəyib. 

Səfərlə bağlı müzakirələr artıq başlayıb”, - Sanders yazıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb