UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

19:16 | 24.09.2018
UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

"Qarabağ” FK-nın UEFA Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 035 740.00 (dörd milyon otuz beş min yeddi yüz qırx) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” klubunun hesabına köçürülüb.
 
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" klubunun Avropa Liqasında iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro ayrılıb.

Əmsalların sıralamasına əsasən, son 10 ildəki performansına görə isə Ağdam klubu 1 milyon 285 min 740 avro əldə edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM