Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb

23:00 | 05.10.2017
Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb

Vladimir Putin Səudiyyə Ərəbsitanı kralı ilə görüşüb

Vladimir Putin: "Biz ikitrəfli münasibətlərdən və bölgədəki vəziyyətdən danışdıq”

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səudla görüşüb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin Moskvada baş tutan görüşdə müzakirə edilən məsələlərdən danışıb.

"Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səudla görüşümüz əhatəli, konkret oldu. Biz ikitərəfli münasibətlərdən və bölgədəki vəziyyətdən danışdıq”, -deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb